Noy 17, 2018 10:03 Asia/Baku
  • Türkiyənin daxili işlər naziri Amerikanı militarizmdə ittiham edib

Türkiyənin daxili işlər naziri Amerikanı terrorizmə dəstək vermək və regionda destabillik yaratmaq məqsədi ilə Asiya ölkələrində müharibə yaratmaqda ittiham edib.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyə parlamentinin iclasında çıxış edən Süleyman Soylu deyib: Asiya ölkələri xüsusiylə də Orta şərq regionunda bütün böhranlar Amerika və onun qərbdəki himayədarları tərəfindən planlaşdırılır və icra edilir. 

Türkiyənin daxili işlər naziri 2016-cı il uğursuz dövlət çevrilişi və Əfqanıstanda müharibənin davam etdirilməsinə cəhdlərin ABŞ-ın planı adlandırıb və deyib: qərb ölkələri Orta şərqdə böhranı İsraili təsis etməklə başlatdılar və bu regionda ayrı-ayrı müharibələr törədərək öz məqsədləri və təxribatçı planlarına zəmin yaratdılar. 

Soylu deyib: Amerika 2002-də Əfqanıstanı işğal etdikdə bu ölkədə xaşxaş üçün ayrılan əkin sahələri 17 min hektar idisə bu rəqəm 2017-ci ildə 328 min hektara çatdı. 

Türkiyənin daxili işlər naziri deyib: 2000-ci ildə Əfqanıstan mühribəsi nəticəsində ölənlərin sayı 5 mindən az idi amma bu rəqəm 2016-cı ildə 26 min nəfər təşkil etdi. 

Soylu deyib: Birinci və ikinci dünya müharibələrinə səbəb olanlar bu gün vasitəçi müharibəyə başlayıblar və Orta şərq və şərq ölkələrini böhrana və destabilliyə düçar ediblər. 

Teqlər