Noy 24, 2018 09:43 Asia/Baku
  • Təhlükəsizlik şəhirdlərinin ailələri inqilab rəhbəri ilə görüşüblər
    Təhlükəsizlik şəhirdlərinin ailələri inqilab rəhbəri ilə görüşüblər

Türkiyənin xarici işlər naziri ABŞ prezidentini səudiyyəli müxalif jurnalistin qətlinə göz yumduğuna görə qınayıb.

Təsnimin verdiyi məlumata görə, Mövlud Çavuşoğlu Donald Trampın Səudiyyə Ərəbistanına Camal Qaşıqçının qətli barədə bəraət qazandıran son bəyanatına toxunaraq deyib: Donald Trampın bu cinayətə göz yummaq niyyətində olması təssəf doğurur. 

Türkiyənin XİN rəhbəri deyib: ABŞ prezidenti deyir: Ağ ev qaşıqçının qətlinə görə Səudiyyə Ərəbistanı ilə əlaqələrinə zərbə vurmayacağını deyir və Ərrəyadın ABŞ-da yüz milyardlarla dollar investisiya qoyduğunu xatırladır amma Tramp pulun hər şey demək olmadığını bilməlidir. 

Çavuşoğlu qaşıqçının qətli ilə əlaqədar araşdırma əməliyyatına kömək etmədiyinə görə  Səudiyyə hökumətini qınayaraq deyib: Səudiyyəli jurnalistin qətli dəhşətli cinayət idi və dünya xalqları bu qətlin müxtəlif cəhətlərinə aydınlıq gətirilməsini istəyirlər və Türkiyə bu barədə məlumatları hamının ixtiyarına verəcək. 

Teqlər