Dek 29, 2018 10:44 Asia/Baku
  • İran və Türkiyə müalicə sahəsində əməkdaşlıqları genişləndirirlər
    İran və Türkiyə müalicə sahəsində əməkdaşlıqları genişləndirirlər

İranın səhiyyə, müalicə və tibbi təlim nazirinin müavini Türkiyə ilə müalicə sahəsində əməkdaşlıqların genişləndirilməsinə çağırıb.

İRNA-nın verdiyi məlumata görə, İranın səhiyyə, müalicə və tibbi təlim nazirinin müavini Qasım Can Babayi ilə Türkiyənin səhiyyə nazirinin müavini Əminə Alp arasında baş tutan görüşdə səhiyyə və müalicə sahəsində mütəxəssis kadrın idarə olunması mövzusu barədə fikir mübadiləsi aparılıb. 

İranın səhiyyə, müalicə və tibbi təlim nazirinin müavini həmçinin Türkiyənin Səhiyyə Nazirliyinin transplantasiya bölməsinin müdiri Murad Öz Türk ilə görüşündə qarşılıqlı əlaqələrin genişləndirilməsini müzakirə edib. 

İranın səhiyyə, müalicə və tibbi təlim nazirinin müavini müalicə sahəsində Türkiyə ilə əlaqələrin genişləndirilməsi məqsədi ilə bu ölkəyə səfər edib. 

İİR prezidenti Həsən Ruhaninin Türkiyəyə son səfərində səhiyyə və müalicə sahəsində eləcə də mediya və kamonikasiya üzrə iki ölkə arasında anlaşma sənədləri imzalanmışdı. 

Teqlər