Fransanın qondarma "erməni soyqırımı" ilə bağlı mövqeyi Türkiyənin reaksiyasına səbəb oldu
Türkiyə prezidentinin sözçüsü 24 aprelin Fransa prezidenti Emanuel Makron tərəfindən Osmanlı dönəmində ermənilərin soyqırımına məruz qaldığı gün kimi elan edilməsini kəskin formada tənqid edib.
Anadolu xəbər agentliyinin bildirdiyinə görə, İbrahim Kalın çərşənbə günü bildirib: "Erməni soyqırımı" iddiası tarixi həqiqətlərə əks etdirməyən siyasi bir yalandır və Makronun bu xüsusdakı iddiası Türkiyənin baxışında qəbuledilməzdir.
Türkiyə prezidentinin sözçüsü İbrahim kalın daha sonra deyib: Fransa prezidenti ölkəsinin hazırkı siyasi və iqtisadi böhranından yayınmaq üçün tarixi hadisələri siyasiləşdirir. Amma, bilməlidir ki, insanların ağrı və acılarını rəqabət üçün siyasi vasitəyə çevirmək əxlaqi cinayət sayılır.
Fransa prezidenti dünən 24 apreli qondarma "erməni soyqırımı"nın milli anım günü elan etdi.