Ərdoğan: Əssisi soyqırımı planlaşdıran adamdır
https://azeri.sahartv.ir/news/türkiyə-i336868-Ərdoğan_Əssisi_soyqırımı_planlaşdıran_adamdır
Türkiyə prezidenti Misirin prezidenti Əbdül-Fəttah Əssisinin soyqırımı planlaşdıran adam olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 15, 2019 05:40 Asia/Baku
  • Ərdoğan: Əssisi soyqırımı planlaşdıran adamdır

Türkiyə prezidenti Misirin prezidenti Əbdül-Fəttah Əssisinin soyqırımı planlaşdıran adam olduğunu bildirib.

İSNA-nın verdiyi məlumata görə, Rəcəb Təyyib Ərdoğan dünən Ərəb Liqası və Avropa Birlyinin Misirin Şərmüşşeyx bölgəsində " stabillik naminə investisiya" adı altında keçirdikləri müştərək iclası tənqid edərək deyib: Avropa Birliyi bir tərəfdən Edama qadağa qoyub digər tərəfdən bir soyqırımını planlaşdıran adamın dəvəti ilə razılaşıb.

Türkiyə prezidenti deyib: Əssisi demokratiyanı pozan adam olaraq, öz əməkdaşlarını eləcə də Misir xalqının 52 faizinin dəstəyinə malik olan Məhəmməd Morsini həbs edibdir.