Apr 05, 2019 20:15 Asia/Baku
  • Ədalət və İnkişaf Partiyasının istəyi qəbul olunmadı
    Ədalət və İnkişaf Partiyasının istəyi qəbul olunmadı

Türkiyənin Ali Seçki Şurası hakim Ədalət və İnkişaf Partiyasının İstanbul şəhəri üzrə seçkilərin nəticəsinin ləğv edilməsinə dair istəyini rədd etdi.

"Haber Türk" bu barədə bildirdi: Ədalət və İnkişaf Partiyasının Büyükçekmece İlçə Başqanlığı İstanbul şəhəri üzrə 31 mart bələdiyyə seçkilərinin nəticəsinin ləğv edilməsinə dair istək irəli sürsə də, Ali Seçki Şurası bu istəyi qəbul etmədi.

İlkin nəticələrə əsasən Cümhuriyyət Xalq Partiyası ilə Yaxşı Partiya arasındakı Millət Birliyinin İstanbul seçkilərində qələbə çaldığının müəyyən edilməsinin ardınca, hakim Ədalət və İnkişaf Partiyası səslərin sayılmasında qanun pozuntusuna yol verildiyini əsas gətirərək, seçkilərin nəticəsinin ləğv edilməsini istədi.

Türkiyədə bələdiyyə seçkiləri 31 mart tarixində keçirildi.

Hakim Ədalət və İnkişaf Partiyası say baxımından daha çox vilayət üzrə qələbə çalsa da paytaxt Ankarada, İstanbulda və İzmirdə uduzub.

Teqlər