Ərdoğan: S-400 sistemləri gələn il işləməyə başlayacaqlar
https://azeri.sahartv.ir/news/türkiyə-i344422-Ərdoğan_s_400_sistemləri_gələn_il_işləməyə_başlayacaqlar
Türkiyə prezidenti deyib: S-400 zenit raket müdafiə sistemləri gələn il bu ölkədə işlməyə başlayacaqlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 16, 2019 04:01 Asia/Baku
  • Ərdoğan: S-400 sistemləri gələn il işləməyə başlayacaqlar
    Ərdoğan: S-400 sistemləri gələn il işləməyə başlayacaqlar

Türkiyə prezidenti deyib: S-400 zenit raket müdafiə sistemləri gələn il bu ölkədə işlməyə başlayacaqlar.

Türkiyə prezidenti Rəcəb Tayyıp Ərdoğan deyib: S-400 zenit raket müdafiə sistemlərinin detallarının tədricən daxil olması ilə bu sistem 2020-ci il aprelin əvvəllərində tam şəkildə Türkiyədə əməliyyat mərhələsinə keçəcəkdir.

Ərdoğan həmçinin S-400 zenit raket müdafiə sistemlərinin detallarını daşyan səkkizinci təyyarənin Ankaraya daxil olmasından xəbər verib.

Türkiyə prezidenti bazar günü də Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərinin satın alınması haqda demişdi ki, Türkiyə bu müdafiə sistemini ölkəsinin sülhü və təhlükəsizliyini himayə məqsədilə alıbdır.

Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərinin Türkiyəyə təhvil verilməsi cari il iyulun 12-dən başlanıbdır.