Hulusi Akar: Türkiyənin bütün sərhədaşırı əməliyyatları beynəlxalq qanunlara uyğundur
-
Hulusi Akar: Türkiyənin bütün sərhədaşırı əməliyyatları beynəlxalq qanunlara uyğundur
Türkiyənin müdafiə naziri deyib: Türkiyənin silahlı qüvvələrinin ölkə daxili və ölkədən kənar bütün əməliyyatları beynəlxalq hüquqa, Birləşmiş Millətlər Təşkilaıtnın qərarlarına və qarşılıqlı razılaşmalara uyğundur.
Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Hulusi Akar Türkiyənin Milli Müdafiə Nazirliyinin ləyaqətli bölmələr və işçilərini mükafatlandırma mərasimində etdiyi çıxışında deyib: Türkiyə bütün qonşu ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşır.
H.Akar mediyalarda Türkiyə ordusunun kimyəvi silahlardan istifadə etməsinə dair yayılan bəzi xəbərlərə toxunaraq deyib: Türkiyə ordusu kimyəvi silaha və bu kimi silahlardan istifadə imkanlarına malik deyil.
Türkiyə ordusunun Suriyanın şimalına hücumu Suriya dövləti və xalqı eləcə də beynəlxalq ictimaiyyət tərəfindən pislənilir.