Türkiyənin ən bahalı iqtisadi layihəsi
-
Türkiyənin ən bahalı iqtisadi layihəsi
Türkiyənin ən bahalı iqtisadi layihəsi bu ölkənin ən böyük iqtisadi mərkəzi olan Bosfor boğazı ilə paralel surətdə inşa olunmalıdır. Türkiyədə bu layihənin tərəfdarları və əleyhdarları var.
Bosfor Avrasiya sərhədində təbii bir boğaz. Türkiyənin ən iri iqtisadi və mədəni mərkəzi olan İstanbulun mərkəzində Qara və Mərmərə dənizlərinin baş qovşaq yolu. Amma keçmiş zamanlardan bəri bu mühüm boğaz beynəlxalq qanunlar əsasında idarə olunur və Türkiyənin yalnız tranzitə nəzarət icazəsi var.
M.K- Bosfor boğazının yalnız adı Türkiyə coğrafiyasındadır. Xərc və başağrısından savayı Türkiyəyə bir şey qalmır. Mövcud müqavilələrə əsasən, bu təbii mövqedən yalnız Qərb ölkələri mənfəət qazanırlar.
Dəniz tıxacının azaldılması və Avrasiya sərhəd mülkiyyətində istiqlaliyyət, Türkiyə hökumətini özünün qədim bir arzusunu icra mərhələsinə yaxınlaşdırmağa əzmkar edən mühüm hədəflərdən biridir. İstanbul kanalı adı ilə tanınan və Türkiyədə icra olunan ən böyük və ən bahalı layihə kimi başqa bir süni boğazın yaradılması.
Ərdoğan: Bir qrup şəxs layihənin icrasına mane olur. Deyirlər ki, “eləyə bilməzsiniz!”, amma söz veririk ki, bu iri layihə vaxtında icra olunaraq, istifadəyə veriləcək.
Uzunluğu- 45 kilometr, eni 250-1000 metr, dərinliyi də 25 metr olan İstanbul kanalı qərar üzrə yeni hava limanının yaxınlığında yerləşən “Durusu” bölgəsini İstanbulun “Küçük Çekmece” adlı Avropa hissəsinə birləşdirməlidir. On milyard avrodan çox vəsaitin xərclənməsilə.
M.K- Layihənin bütün əsasları təmin edilib. Bosfor boğazının problemlərindən qurtulmaq üçün yeni milad ilindən İstanbul kanalı layihəsinin icrası başlanacaq.
Süni İstanbul kanalı boğazı iqtisadi qənaətlərdən əlavə, siyasi ixtilaflar məkanına da çevrilibdir. Amma ixtiyarında İstanbul meriyası da olan Cümhuriyyət Xalq Partiyasının müxalifəti bu böyük və irixərcli layihənin icrasına mane ola bilmədi.
Kıllıçdaroğlu: Bu layihə nəinki İstanbula, həm də Türkiyəyə bir xəyanətdir. Yeni kanalın inşası ilə İstanbulun tarixi imici şübhə altına alınacaq.
2023-cü il, İstanbul kanalı layihəsinin başa çatması tarixi elan olunubdur. Prezident seçkilərilə bir zamanda ekspertlər bu fikirdədirlər ki, bu layihənin uğuru siyasi partiyaların, xüsusən hakim partiyanın taleyi və səs qutusunda mühüm rol oynaya bilər.