Dek 30, 2019 14:47 Asia/Baku
  • Beynəlxalq Valyuta Fondu Türkiyəyə xəbərdarlıq etdi
    Beynəlxalq Valyuta Fondu Türkiyəyə xəbərdarlıq etdi

Beynəlxalq Valyuta Fondu yetərsiz pul siyasətilə bağlı Türkiyəyə xəbərdarlıq edib

Aran Xəbər Agentliyinin məlumatına görə, Beynəlxalq Valyuta Fondu bazar ertəsi dekabrın 30-da bir hesabat yayaraq, Türkiyənin pul siyasətlərinin icrasında ifrata yol verdiyini açıqlayıb və Ankaradan ölkə siyasətlərində münasib pul siyasətlərini diqqət mərkəzində saxlamasını istəyib.

Türkiyənin pul məsələsi qarşısında daha sərt davranmalı olduğunu bəyan edən fondun hesabatında qeyd olunur ki, son stimullaşdırıcı siyasətlərin ölkədə iqtisadi durumun nisbi yaxşılaşmasında təsirinə rəğmən, hökumətin defisit dərəcəsi xeyli artıb.

Digər tərəfdən, Türkiyədə faiz dərəcəsi o qədər sürətlə azalır ki, bəzi ekspertlər və iqtisadçılar bunun nəticələri barədə xəbərdarlıq edirlər.

İyul ayından etibarən Türkiyədə Mərkəzi Bankın yeni sədri işə başladıqdan sonra faiz dərəcəsini 12 faiz azaldıb və prezident Rəcəb Təyyib Ərdoğan faiz dərəcəsinin daha da azaldılmalı olduğunu deyir.

 

 

Teqlər