Yan 29, 2020 18:52 Asia/Baku
  • Ərdoğan:
    Ərdoğan: " Əsrin sövdələşməsi planı İsrailin işğalını legitimləşdirməkdir"

Türkiyə prezidenti "əsrin müqaviləsi" adı ilə tanınan rüsvayçı planı Sionist rejimin işğalını qanuniləşdirmək kimi qiymətləndirib.

İRİB-nin Türkiyə bürosunun məlumatına görə, Rəcəb Tayyib Ərdoğan yanvarın 29-da Seneqaldan dönərkən, jurnalistlərə açıqlamasında deyib: " Bu plan sülhə xidmət etməyəcək və Yaxın Şərqdə etibarsızlığı artıracaq".

" Qüds müsəlmanlarım müqəddəs şəhəridir və İslam dünyasına və Fələstinə aiddir",-deyə Türkiyə prezidenti əlavə edib.

ABŞ prezidenti Donald Tramp yanvarın 28-də aylarla beynəlxalq ictimaiyyət,  region ölkələri və fələstinliləri razı salmaq üçün göstərilən səylərin fiaskoya uğramasına baxmayaraq, birtərəfli qaydada "əsrin sövdələşməsi" sionist planını təqdim etdi.

 Bir neçə ərəb ölkəsi o cümlədən Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ-nin köməyi və razılığı ilə hazırlanan ABŞ-ın "əsrin sövdələşməsi" planına əsasən, Qüdsi-Şərif sionist rejimə veriləcək, başqa ölkələrdə yaşayan fələstinli didərginlərə öz doğma torpaqlarına geri dönmək icazəsi verilməyəcək, həmçinin, Fələstin ölkəsi təkcə İordan Çayının Qərb Sahilində yerdə qalan ərazilərə və Qəzzə Zolağına şamil olacaq. 

Trampın "əsrin sövdələşməsi" planını təqdim etməsi dünyanın bir çox ölkəsi tərəfindən qınağa səbəb olub.

  

Teqlər