Fev 01, 2020 12:45 Asia/Baku
  • Ərdoğan Suriyanı hücumla hədələdi
    Ərdoğan Suriyanı hücumla hədələdi

Türkiyə prezidenti Suriyanı hərbi hücumla hədələyib.

Anadolu Xəbər Agentliyinin məlumatına görə, Rəcəb Təyyib Ərdoğan yanvarın 31-də etdiyi çıxışında deyib: "Türkiyə Suriyada sabitliyin tərəfdarıdır və bunun üçün lazım olan addımları atacağıq, hətta hərbi müdaxiləni də istisna etmirik.

Ankaranın İdlib və Suriyanın digər bölgələrindəki vəziyyətə laqeyd yanaşmayacağını bəyan edən Türkiyə prezidenti iddia edib ki, bu ölkə Rusiya ilə İdlibə hücumun qarşısının alınması və stabilliyin və siyasi həll yolunun dəstəklənməsi ilə bağlı bir razılaşma imzalayıb, lakin bu razılaşma Dəməşq və Moskva tərəfindən pozulub.

Ərdoğan bu sözləri elə bir halda irəli sürür ki, Suriya ordusu bi müddətdir İdlibdə atəşkəsin terrorçular tərəfindən dəfələrlə pozulmasına cavab olaraq hərbi əməliyyata başlayıb və indiyə kimi bir neçə bölgəni terrorçuların işğalından azad etməyə müvəffəq olub. 

İdlib vilayəti terrorçuların Suriyada sonuncu düşərgəsidir və onun həmçinin Hələbin qərb hissələri və Laziqiyyənin şərq hissələrinin azad olunması ilə terrorçuların bu ölkədə varlığına son qoyulacaq.

Teqlər