Fev 04, 2020 09:14 Asia/Baku
  • Ərdoğan: Krımın Rusiyaya qatılmasını rəsmən tanımayacağıq
    Ərdoğan: Krımın Rusiyaya qatılmasını rəsmən tanımayacağıq

Suriyanın şimalındakı durumla bağlı Moskva ilə Ankara arasındakı gərginliyin yüksəlməsindən sonra Türkiyə prezidenti bildrib ki, Ankara Krım adasının Rusiyaya qatılmasını rəsmən tanımayacaq.

Rəcəb Tayyıb Ərdoğan bu sözləri Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransında dilə gətirib.

Ərdoğan sonra Suriyanın İdlib şəhərinin durumunu idarəedilməz adlandırıb və iddia edib ki, bir milyondan çox didərgin Rusiyanın laqeydliyi ilə Türkiyə sərhədlərinə doğru hərəkət etməkdədir.

Türkiyə prezidenti bu ölkə qüvvələrinin qanunsuz şəkildə Suriya ərazisinə daxil olmalarına toxunmadan iddia edib ki, Suriya ordusunun dünən İdlibə qarşı hücumları səkkiz nəfərin ölümünə bais olub. Onlardan beş nəfəri hərbçi, üç nəfəri isə mülki olubdur.

Teqlər