Mart 06, 2020 11:36 Asia/Baku
  • Türkiyə Səadət partiyasının rəhbəri Ərdoğanı tənqid edib
    Türkiyə Səadət partiyasının rəhbəri Ərdoğanı tənqid edib

Türkiyə Səadət partiyasının rəhbəri deyib ki, Rəcəb Tayyıb Ərdoğan «Böyük Yaxın Şərq» amerikan planına dəstək verərək, bölgədki dağıntıların əsas amilidir.

Karamollaoğlu dünən bir mətbuat konfransında deyib ki, Amerikanın «beynəlxalq sionizm»in əli ilə Suriyanı hədəfə almaq istiqamətində İraqa hücum etdiyi zamandan bəri bu fitnələrin hamısında Türkiyə Ədalət və İnkişaf Partiyasının əli olubdur.

Karamollaoğlu həmçinin Türkiyə hökumətindən istəyibdir ki, Suriya probleminin həlli üçün bu ölkə daxil olmaqla bütün bölgə ölkələri ilə həmkarlıq etsin. O, diqqətə çatdırıb ki, Türkiyə Ərdoğanın rəhbərliyi altında İŞİD daxil olmaqla terror qrupları ilə həmkarlıq, həmçinin korrupsiya və repressiya səmtinə hərəkətini davam etdirəcəkdir.

Bundan öncə də Türkiyə Vətən partiyası bir bəyanatda bu ölkənin prezidentinə xəbərdarlıq etmişdi ki, Amerika və sionist rejim Suriya «tələ»sində Türkiyənin başını qatmağa çalışırlar.

Fevralın 29-da da Türkiyənin tanınmış şəxsiyyətlərindən 236 nəfər uzun bir məktub imzalayaraq, Ərdoğanın Suriyada, xüsusən İdlibdəki siyasətləri ilə öz müxalifətini elan etdi.

 

SƏADƏT PARTİYASININ LİDERİ ƏRDOĞANI TƏNQİD EDİB

Teqlər