May 24, 2020 21:23 Asia/Baku
  • Türkiyədə koronavirusdan ölənlərin sayı 4 340 nəfərə çatdı

Son bir gündə Türkiyədə koronavirusdan daha 32 nəfər ölüb.

SəhərAzəri “Report”-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə naziri Fahrettin Koca bildirib. 

Qeyd edilir ki, bununla ölkədə COVID-19-dan ölənlərin ümumi sayı 4 340 nəfərə çatıb. Ötən gün yeni virusa daha 1 141 yoluxma qeydə alınıb. Beləliklə pandemiya ərzində qonşu ölkədə koronavirusa ümumilikdə 156 827 yoluxma qeydə alınıb.

Eyni zamanda koronavirusa yoluxmuş 1 092 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb. Son göstəricilər də nəzərə alınaraq Türkiyədə 118 694 nəfər virusdan sağalıb.  

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada indiyədək koronavirus infeksiyasına yoluxanların sayı 5,4 milyonu ötüb. Bunların 2,2 milyon nəfərdən çoxu sağalıb, 344 mindən çox insan ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Teqlər