Türkiyənin səhiyyə naziri bu ölkə xalqına xəbərdarlıq edib
https://azeri.sahartv.ir/news/türkiyə-i362839-türkiyənin_səhiyyə_naziri_bu_ölkə_xalqına_xəbərdarlıq_edib
Türkiyənin səhiyyə naziri koronavirusun normallaşması ilə bağlı xəbərdarlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 07, 2020 13:20 Asia/Baku
  • Türkiyənin səhiyyə naziri bu ölkə xalqına xəbərdarlıq edib

Türkiyənin səhiyyə naziri koronavirusun normallaşması ilə bağlı xəbərdarlıq edib.

SaharAzeri xəbər verir, Fəxrəddin Koca koronavirusun yayılmaqda davam etdiyini vurğulayıb və vəziyyətin həddən artıq normal sayılması haqda bu ölkə xalqına xəbərdarlıq edib.  

O, koronavirus üzərində qələbənin qeyd edilməsinin tez olduğunu bildirərək, deyib: "Koronavirusla mübarizənin uğurla sona çatması xəbərinin yayılmasına hələ çox qalır".

Türkiyənin Səhiyyə Nazirliyinin məlumatına görə, bu ölkədə koronavirusa yoluxanların sayı 169 min 218 nəfərə çatıb, bu virusdan ölənlərin sayı isə 4 min 669 nəfərə yüksəlib.