Türkiyədə koronavirusdan daha 23 nəfər ölüb
İyun 07, 2020 21:28 Asia/Baku
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 23 nəfər ölüb.
SaharAzeri APA-ya istinadla xəbər verir, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb.
Nazir qeyd edib ki, son 24 saatda 35 335 şübhəli koronavirus testindən keçib, onlardan 914-nün cavabı pozitiv çıxıb.
Türkiyədə yeni növ koronavirusdan indiyədək 4692 nəfər ölüb, 170 132 nəfər bu infeksiyaya yoluxub, 137 969 nəfəri isə müalicə olunub. Bu gün daha 2647 xəstə evə buraxılıb.