ABŞ-ın Türkiyədəki konsulluğu qarşısında irqçiliyə qarşı aksiya keçirilib
Minlərlə Türkiyə vətəndaşı irqçilik cə ədalətsizliyə etiraz olaraq, ABŞ-ın İstanbul şəhərindəki konsulluğu qarşısında piket keçirib.
SaharAzeri xəbər verir, Anadolu xəbər agentliyinin məlumatına görə, aksiyaçılar ötən gün ABŞ polisi tərəfindən qətlə yetirilmiş afroamerikalı Corc Floydun şəkillərini daşıyaraq, polis zorakılığı və irqçilik əleyhinə şüarlar səsləndiriblər.
Polis qüvvələrinin konsulluğa gedən yolda yerləşməsinə baxmayaraq, etirazçılar Tramp hökumətindən irqçiliyə son qoymağı tələb ediblər.
Həmçinin, iyunun 13-ü və 14-də minlərlə insan Yeni Zelandiyanın Vellinqton və Hamilton şəhərlərində və Avstraliyanın şimalındakı Darvin şəhərində ABŞ cəmiyyətindəki irqçilik və ədalətsizliyə etiraz ediblər.
Hamilton şəhərində etirazçılar ABŞ konsulluğunun önünə toplaşaraq, "Amerikaya ölüm" şüarı verib, irqçiliyə son qoymağa çağırıblar.
Afroamerikalı Corc Floydun Minnesota ştatının Minneapolis şəhərində polis zorakılığı nəticəsində dəhşətli ölümündən üç həftənin keçməsinə rəğmən, ABŞ-ın müxtəlif şəhərləri və dünyanın bir çox ölkəsi hələ də etiraz aksiyalarının şahididir.