Türkiyədə daha 1492 nəfər koronavirusa yoluxub, 19 nəfər ölüb
https://azeri.sahartv.ir/news/türkiyə-i363364-türkiyədə_daha_1492_nəfər_koronavirusa_yoluxub_19_nəfər_ölüb
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 19 nəfər ölüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 17, 2020 18:06 Asia/Baku
  • Türkiyədə daha 1492 nəfər koronavirusa yoluxub, 19 nəfər ölüb

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 19 nəfər ölüb.

SaharAzeri APA-ya istinadla xəbər verir, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirlərilə bağlı yaradılan Elm Qurumunun toplantısından sonra bildirib.

Nazir qeyd edib ki, son 24 saatda 52 901 şübhəli koronavirus testindən keçib, onlardan 1492-nin cavabı pozitiv çıxıb. Bu gün daha 1261 xəstə sağalıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 4861 nəfər ölüb, 182 727 nəfər bu infeksiyaya yoluxub, 154 640 nəfəri isə müalicə olunub.