Fəxrəddin Qoca: “Türkiyə yeni növ koronavirusdan ölüm hallarına görə 47-ci yerdədir”
https://azeri.sahartv.ir/news/türkiyə-i363372-fəxrəddin_qoca_türkiyə_yeni_növ_koronavirusdan_ölüm_hallarına_görə_47_ci_yerdədir
“Türkiyə yeni növ koronavirusdan ölüm sayına görə 1 milyona düşən 57 ölüm faktı ilə 47-ci yerdədir, xəstəliyə yoluxma sayına görə isə bir milyona düşən 2151 yoluxma ilə 51-ci yerdədir”.
(last modified 2024-06-22T21:55:02+00:00 )
İyun 18, 2020 04:44 Asia/Baku
  • Fəxrəddin Qoca: “Türkiyə yeni növ koronavirusdan ölüm hallarına görə 47-ci yerdədir”

“Türkiyə yeni növ koronavirusdan ölüm sayına görə 1 milyona düşən 57 ölüm faktı ilə 47-ci yerdədir, xəstəliyə yoluxma sayına görə isə bir milyona düşən 2151 yoluxma ilə 51-ci yerdədir”.

SaharAzeri APA-ya istinadla xəbər verir, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirlərilə bağlı yaradılan Elm Qurumunun toplantısından sonra bildirib.

Nazir deyib ki, Türkiyə ümumilikdə xəstəliyə yoluxma sayına görə 2,67%-lə 81-ci yerdədir. Nazir son bir ayda, son bir həftə və son 3 gündə Türkiyənin şəhərləri üzrə infeksiyaya yoluxma və ölüm saylarını açıqlayıb və müqayisələr apararaq deyib ki, ən çox vəfat sayına Gümüşhanə, ən az ölüm halına isə Kilis bölgəsində rast gəlinib.

Nazir bildirib ki, İstanbul, Ankara və Bursa şəhərlərində maskadan istifadə məcburiyyəti Elm Qurumunun son toplantısında tövsiyə edilib, amma qarşıdakı günlərdə həftəsonu karantin rejiminin tətbiq olunması qurumda müzakirə olunmayıb.