Nazir Fəxrəddin Qocadan son məlumatlar
https://azeri.sahartv.ir/news/türkiyə-i363422-nazir_fəxrəddin_qocadan_son_məlumatlar
Türkiyyə Səhiyyə Nazirliyinin bildirdiyinə görə 21 xəstə ölüb, 1382 nəfər sağalıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 19, 2020 03:08 Asia/Baku
  • Nazir Fəxrəddin Qocadan son məlumatlar

Türkiyyə Səhiyyə Nazirliyinin bildirdiyinə görə 21 xəstə ölüb, 1382 nəfər sağalıb.

SəhərAzəri xəbər verir, Türkiyyə Səhiyyə Nazirliyinin saytında yer alan və nazir Fəxrəddin Qocanın Twitter-də paylaşdığı "Gündəlik Türkiyə Koronavirus Cədvəl"-ndə bildirilir; Dünən 48 min 412 test keçirildi, 1304 nəfərə Kovid-19 diaqnozu qoyuldu. Son 24 saat ərzində 21 xəstə öldü, 1382 nəfər sağaldı.

Testlərin ümumi sayı 2 milyon 822 min 316, yoluxanların sayı 184 min 31, ölənlərin sayı isə 4 min 882 olaraq qeyd edildi.

Reanimasiya şöbəsində xəstələrin sayı 755, respiratora qoşulan xəstələrin sayı 311, sağalmış xəstələrin ümumi sayı isə 156 min 022 olub.