İyun 21, 2020 20:35 Asia/Baku
  • Ankara ABŞ-ın Türkiyənin İraqa hücumlarını tənqid etməsini utancverici adlandırdı

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-ın Türkiyə ordusunun İraqın şimalındakı Kürd İşçi Partiyası (PKK) qüvvələrinə qarşı əməliyyatını tənqidini "utanc verici" adlandırmışdır.

SəhərAzəri isna.ir-a istinadla xəbər verir, Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy deyib: ABŞ da Kürdüstan İşçi Partiyasını (PKK) terror təşkilatı hesab edir, lakin Dünyada din azadlığını müdafiə etdiyini iddia edən Beynəlxalq Dini Azadlıqlar üzrə Amerikan Komissiyası (USCIRF) həmin terrorçu təşkilatının İraq və Suriyadakı şöbələrinin hərəkətlərinə və yerli sakinlə, o cümlədən kürdlərə qarşı təzyiqlərinə, hədə-qorxularına və separatçı siyasətlərinə göz yumur.
O əlavə olaraq bildirib: “Terrorizmlə mübarizə və PKK-nın qara təbliğat vasitəsinə çevrilməsi üçün ölkəmizi tənqid etmək ən azı utandırıcıdır.”
Çərşənbə günü səhər, Türkiyə ordusu PKK qüvvələrinə qarşı İraqın şimalındakı Haftanin bölgəsində “Pençe-Kaplan” Əməliyyatına başlayıb. Türkiyə hərbçilərinin  bazar ertəsi səhər başladığı “Pençe-kartal” Əməliyyatından sonra “Pençe-Kapaln” Əməliyyatı, Türkiyənin Şimali İraqda PKK qüvvələrinə qarşı ikinci hərbi əməliyyatdır.

Teqlər