BƏƏ Liviyadakı yarımhərbçilərə maliyyə yardımı göstərir
Türkiyə prezident aparatının sözçüsü BƏƏ-nin dövlət müşavir naziri Ənvər Qərqaşın Ankaranın ərəb dünyasında ekspansianizmə meyl göstərməsi haqdakı sözlərinə reaksiyada bildirib ki, BƏƏ Liviyada Həftərin hökmranlığı altında olan yarımhərbçilərin maliyyə cəhətdən təmin olunmalarında məsuliyyət daşıyır.
SəhərAzəri xəbər verir, Türkiyə prezident aparatının sözçüsü İbrahim Kalın bazar günü bir açıqlamada vurğulayıb ki, Ankara Qahirənin Liviya ilə qərb sərhədləri barədəki təhlükəsizlik nigarançılıqlarını dərk edir, amma Misir Xəlifə Həftərin hökmranlığı altında olan orduya dəstək verməkdə yanlış siyasət yürüdür.
Kalının sözləri elə bir halda söylənibdir ki, Liviya milli birlik hökumətinin hakmiyyəti altında olan qüvvələr son həftələr ərzində Türkiyənin himayəsi altında böyük qələbələr qazana və Xəlifə Həftərin hökmranlığı altında olan ordunu bir çox nöqtələrdə geri oturmağa məcbur edə bilmişdilər.
Liviya 2014-cü ilin avqustundan bəri eyni vaxtda iki hökumət və parlamentin iştirakının şahididir.
Paytaxt Tripolidə yerləşən Faiz Əlsərac hökuməti və parlament beynəlxalq himayəyə malikdir. Təbrəqdə yerləşən hökumət və parlament isə Xəlifə Həftər və Ərəbistan, Misir və BƏƏ kimi bəzi ərəb ölkələri tərəfindən dəstək alırlar.
BƏƏ elə bir halda Türkiyəin Liviyadakı addımlarını tənqid edir ki, özü Ərriyad ilə yanaşı 2015-ci il martın 26-dan bəri Yəmənə qarşı təcavüzü davam etdirir.