İyun 24, 2020 08:26 Asia/Baku
  • İraqın şimalında 6 terrorçu məhv edilib

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında Zap və Avaşin-Basyan rayonlarında PKK obyektlərinə zərbələr endirib.

SəhərAzəri  xəbər verir, bu barədə Türkiyə Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

Bildirilib ki, hava hücumları nəticəsində terror təşkilatının 6 silahlısı zərərsizləşdirilib..

Terrorizmə qarşı mübarizənin qətiyyətlə davam etdiyi qeyd olunur.

Qeyd edək ki, Türkiyə son illərdə PKK ünsürlərini yatırmaq bəhanəsilə dəfələrlə İraq torpağına təcavüz edibdir.

Bu təcavüzlər İraqın hökumətinin və digər ölkələrin kəskin reaksiyaları ilə üzləşibdir.

Teqlər