İyun 24, 2020 13:46 Asia/Baku
  • Türkiyə Böyük Millət Məclisinin sədri Makronun ittihamlarını cavablandırıb

Türkiyə Böyük Millət Məclisinin sədri Mustfa Şentop Fransa prezidenti Emmanuel Makronun Liviya ilə bağlı tənqidlərini cavablandırıb.

SəhərAzəri İRİB-ya istinadla xəbər verir, Mustafa Şentop öz Tvitter səhifəsində yazıb: "Emmanuel Makron Liviyada sülhə əhəmiyyət verdiyini iddia etdiyi kimi, Xəlifə Həftəri dəstəkləməkdən və regionu kabusa doğru sürükləməkdən çəkinməlidir". 

O, əlavə edib: "Makronun iddiaları Türkiyə ilə Fransa arasında dərin əlaqələrə zərbə vurub və onun sözlərinin mənşəyi müstəmləkəçilik nostalgiyasıdır".

Emmanuel Makron iyunu 22-də Tunis prezidenti Qeys Səid ilə görüş zamanı deyib: "Türkiyənin Liviyadakı rolu onun özünün, qonşularının və həmçinin Avropanın maraqlarını təhlükəyə atacaq".

Ərəbistan, Misir, BƏƏ və bəzi Qərb ölkələrinin himayəsilə illərdir liviyanın şərqinə hökm sürən, Xəlifə Həftərin başçılıq etdiyi "Liviyanın Milli Ordusu" adı ilə tanınan qrup son aylarda bu ölkənin şimalına doğru irəliləyib, Lakin paytaxta daxil ola bilməyib.  

Teqlər