İyun 25, 2020 13:23 Asia/Baku
  • Fransa ilə Türkiyə arasında gərginlik artıb

Fransanın xarici işlər naziri Türkiyənin mühacirlərlə bağlı Avropa Birliyinə qarşı daimi təzyiqini pisləyib.

SəhərAzəri xəbər verir, Jan İv Le-Drian Fransa senatında Ankaranı kəskin tənqid edib. Avropa Birliyinin Türkiyə ilə əlaqələri barədə danışıqlar üçün təcili addımlar atmasını istəyib.

Le-Drian sonra deyib: Paris miqrantların Türkiyədə olmaları məsələsini dərk edir, amma Ankaranın onların iştirakından Fransaya qarşı təzyiq vasitəsi kimi istifadə üzrə hərəkəti qəbulediləsi deyildir.

Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan indiyədək dəfələrlə təhdid edibdir ki, sərhədləri açacaq və miqrantlara Avropa Birliyinə daxil olmaq icazəsi verəcəkdir.

Fransa ilə Türkiyə arasındakı gərginliklər son günlər Ankaranın Liviya milli birlik hökumətini himayə etməsinə, Aralıq dənizinin şərqində qazıntı işləri aparmasına və iki tərəfin freqatlarının bu bölgənin sularında qarşıdurmlarına görə, artıbdır.

Fransa prezidenti Emmanuel Makron bazar ertəsi günü Parisdə Tunis prezidenti Qeys Səidlə görüşdən sonra son bir neçə ayda Ankara ilə Paris arasında yaranmış gərgilikləri artırmaqla bərabər, Türkiyənin Liviyaya müdaxiləsini təhlükəli oyun adlandırdı və dedi ki, Türkiyənin Liviyadakı rolu bu ölkənin, qonşuların, regionun və Avropanın maraqlarını təhdid edir.

Digər tərəfdən, Türkiyə son zamanlar İstanbulda Fransa hökuməti üçün casusluq etmək günahı ilə dörd nəfəri həbs edibdir.

Teqlər