İyun 26, 2020 11:09 Asia/Baku
  • Aİ Türkiyənin Kiprdəki qazıntılarının dayandırılması vacibliyini vurğulayıb

Avropa İttifaqının xarici siyasət üzrə məsul şəxsi Nikosiyada Kipr rəsmilərilə görüşdə deyib ki, Türkiyənin Kiprdəki qanunsuz qazıntıları dayandırılmalıdır.

SəhərAzəri xəbər verir, Avropa İttifaqının baş diplomatı Cozep Borrel dünən Nikosiyaya ikigünlük səfərinin əvvəlində və sözlərinin davamında belə deyib: Kiprin təklifinə əsasən, Türkiyə tərəfindən iqtisadi inhisar bölgələrinin məhdudlaşdırılması xoşməramlılıq və beynəlxalq qanunlara tam riayətlə həyata keçirilməlidir.

Borrel həmçinin gərginliklərin azaldılması və bölgədə sabitliyin gücləndirilməsi tərzi barədə Kiprin xarici işlər naziri Nikos Kristodolidlə danışıqlar aparıb.

Kiprin xarici işlər naziri də Borrellə görüşdən sonra deyib ki, Türkiyə bir ildən az bir müddətdə özünün altıncı qanunsuz qazıntılarını Kiprə hakim kəsilmiş hüquqları pozmaq və bölgənin əksər hissəsini səbatsızlaşdırmaqla davam etdirmək niyyətindədir.

Kipr Avropa Birliyinin üzvü kimi son zamanlar Türkiyəni bu adanın sularına yeni qazıntı və kəşfiyyat gəmiləri göndərməklə vəziyyəti gərginləşdirməkdə ittiham edib. Ankara isə deyir ki, bu gəmilər Türkiyənin ölkə sularında yerləşiblər.

Teqlər