İyun 26, 2020 12:47 Asia/Baku
  • Türkiyə ABŞ-ın terrorizm barədəki hesabatını tənqid edib

Türkiyə xaric işlər nazirliyinin sözçüsü Hami Aksoy Amerikanın 2019-cu ildə dünyada terrorizm barədəki hesabatını tənqid edib.

SəhərAzəri xəbər verir, Hami Aksoy dünən bildirib ki, Ankara Suriya Xalq Müdafiə Bölmələri-YPG və Türkiyə Kürdüstanı Fəhlələr Partiyası- PKK-nı bir qrup hesab edir. O, deyib: Amerika dövlət departamenti öz hesabatında YPG qrupunu terrorçu qrup adlandırmaqdan çəkinibdir.

Türkiyə xaric işlər nazirliyinin sözçüsü sonra söyləyib: Bu rəftar YPG-nin terrorçu mahiyyətinin aydınlaşmasından çəkinmək deməkdir və Amerikanın bu qrupla əməkdaşlığını göstərir.

Hami Aksoy həmçinin Amerikanın Türkiyənin «FETO» ilə mübarizə sahəsindəki hərəkətlərini tənqid etməsinə toxunub. Bildirib ki, amerikalıların 2016-cı il 15 iyul çevrilşi haqdakı mövqeyi dəyişməyib və «FETO» ilə bütün faktlara göz yumulubdur.

Teqlər