Türkiyədə daha 16 nəfər koronavirusdan dünyasını dəyişib
https://azeri.sahartv.ir/news/türkiyə-i363949-türkiyədə_daha_16_nəfər_koronavirusdan_dünyasını_dəyişib
Türkiyədə son 24 saat ərzində daha 16 nəfər yeni növ koronavirusdan dünyasını dəyişib, sağalanların sayı isə 175 minə yaxınlaşır.
(last modified 2024-10-16T10:36:13+00:00 )
İyun 30, 2020 16:47 Asia/Baku
  • Türkiyədə  daha 16 nəfər koronavirusdan dünyasını dəyişib

Türkiyədə son 24 saat ərzində daha 16 nəfər yeni növ koronavirusdan dünyasını dəyişib, sağalanların sayı isə 175 minə yaxınlaşır.

SəhərAzəri Trend-ə istinadən məlumat verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca öz "Twitter" səhifəsində bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 131 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 302 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 199 906 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 386 nəfər olmaqla 173 111 nəfər təşkil edir.