Türkiyədə bu gün koronavirusdan 17 nəfər ölüb
https://azeri.sahartv.ir/news/türkiyə-i364045-türkiyədə_bu_gün_koronavirusdan_17_nəfər_ölüb
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 17 nəfər ölüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 02, 2020 17:45 Asia/Baku
  • Türkiyədə bu gün koronavirusdan 17 nəfər ölüb

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 17 nəfər ölüb.

SaharAzeri APA-ya istinadla xəbər verir, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində bildirib. 

Nazir qeyd edib ki, son 24 saatda 49714 şübhəli koronavirus testindən keçib, onlardan 1186-nın cavabı pozitiv çıxıb. Bu gün daha 1543 xəstə sağalıb.

Türkiyədə indiyədək 202 284 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 5167 nəfər ölüb, 176 965 nəfər isə müalicə olunaraq sağalıb.

Nazir bildirib ki, ən çox yoluxmaya İstanbul, Ankara, Gaziantep, Konya və Bursada rast gəlinib.

Image Caption