Türkiyədə fişəng istehsal edən fabrikdə partlayış olub
İyul 03, 2020 13:14 Asia/Baku
Türkiyənin Sakarya vilayətində fişəng istehsal edən fabrikdə partlayış baş verib.
SəhərAzəri APA-ya istinadla xəbər verir, yerli vaxtla saat 11:15-də Hendek rayonunda yerləşən fabrikdə ard-arda bir neçə şiddətli partlayış olub.
Ölən və yaralananlar haqda hələlik məlumat yoxdur.
Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub.