İyul 04, 2020 22:37 Asia/Baku
  • Türkiyədə PKK-nın daha bir təhlükəli üzvü məhv edildi

Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən fasiləsiz olaraq həyata keçirilən antiterror əməliyyatları nəticəsində PKK terror təşkilatının daha bir təhlükəli üzvü məhv edilib.

SəhərAzəri - AzərTAc Türkiyə Daxili İşlər Nazirliyinə (DİN) istinadla xəbər verir ki, Tunceli vilayətinin Ovacık bölgəsində aviasiya dəstəyi ilə keçirilən əməliyyat zamanı zərərsizləşdirilən iki terrorçudan birinin axtarışda olduğu müəyyənləşdirilib. “Sefkan Mardin” ləqəbli Ferhat Ateşinin ələ keçirilməsi üçün 500 min türk lirəsi (təxminən 71 min ABŞ dolları) məbləğində mükafat vəd olunmuşdu.

 

Ölkə daxilində keçirilən antiterror əməliyyatları nəticəsində cari ilin altı ayında ümumilikdə 562 terrorçu zərərsizləşdirilib. Onlardan 40 nəfəri barəsində axtarış elan edilmişdi. Dörd nəfər isə terror təşkilatlarının aparıcı şəxsləri olublar. Bu əməliyyatlar nəticəsində terror təşkilatlarına məxsus sığınacaq və düşərgələr, təlim yerləri, silah anbarları məhv edilib. Narkotik tərkibli bitkilərin əkildiyi böyük plantasiyalar və silah-sursat ələ keçirilib.

 

Milli Müdafiə Nazirliyinin iyulun 4-nə olan məlumatında bildirilir ki, İraqın şimalında həyata keçirilən “Pəncə-Qaplan” antiterror əməliyyatı çərçivəsində daha üç nəfər PKK terrorçusu məhv edilib, təşkilata məxsus cəbbəxana ələ keçirilib.

Teqlər