İyul 07, 2020 21:46 Asia/Baku
  • Türkiyədə koronavirusdan ölüm sayı 5260-a çatıb

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 19 nəfər ölüb.

SəhərAzəri APA-ya istinadla xəbər verir, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb. 

Nazir bildirib ki, son 24 saatda 50 545 şübhəli koronavirus testindən keçib, onlardan 1053-nün cavabı pozitiv çıxıb. Bu gün daha 2297 xəstə sağalıb.

Türkiyədə indiyədək 207 897 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 5260 nəfər ölüb, 185 292 nəfər müalicə olunaraq evə buraxılıb.

 

 

Teqlər