İlhaq planı bac almaq üçün yeni metoddur
Türkiyə prezident administrasiyasının sözçüsü deyib ki, qərb sahilinin sionist rejim tərəfindən ilhaqı planı qanunsuz bir plan olaraq, bac almaq üçün yeni metoddur.
SəhərAzəri xəbər verir, Türkiyə prezident administrasiyasının sözçüsü İbrahim Kalin sonra deyib: Dünya ictimaiyyəti Qüds barədə yaxşı birlik və həmrəylik göstərdi və hazırda da ilhaq planı ilə müxalifətdə müttəfiq olmalıdır.
İslam Əməkdaşlığı Təşkilatı, BMT, Avropa Birliyi və əlaqədar orqanlar, xüsusən ərəb ölkələri və Ərəb Liqası bu plan qarşısında aydın və konkret münasibət təyin etməlidirlər- deyə, İbrahim Kalin söyləyib.
Türkiyə prezident administrasiyasının sözçüsü vurğulayıb ki, qərb sahilinin işğal olunmuş Fələstinə ilhaqı planı hər cür dinc variantı, o sıradan siyasi həll yolunu, sülh və sabitliyi aradan götürəcək və hazırkı böhranı daha da dərinləşdirəcəkdir.
Kalin deyib ki, sionist rejim 1947-ci ildən bəri göbələksayağı Fələstin ərazilərini işğal edibdir.