İyul 11, 2020 20:10 Asia/Baku
  • Ərdoğan Ayasofyanın statusunun dəyişdirilməsinə qaşı çıxanlara cavab verib

Türkiyə prezidenti Ayasofyanın statusunun muzeydən məscidə dəyişdirilməsinə qarşı çıxanları tənqid edib.

SəhərAzəri xəbər verir, Rəcəb Tayyib Ərdoğan bu gün deyib: "Mütləq Ayasofyanın məscidə çevrilməsi məsələsi müxalifətlə üzləşəcəkdir və hətta bəzi müxalifətin Sultan Əhməd məscidinin muzeyə çevrilməsi təklifini irəli sürməsi də mümkündür".

Türkiyə prezidenti əlavə edib: "Şübhəsiz Ayafofyanın statusunun dəyişdirilməsi Vəqf Fondunun sənədinə uyğyn olaraq, Türkiyənin hüququdur.

Ərdoğan sözlərinin davamında hökumətin Ayasofyanın istisadəsini muzeydən dəyişməsinə dair qərarına qarşı çıxanlara deyib: "Onların gələcəkdə Kəbə və Məscidül-Əqsanın muzeyə çevrilməsini tələd etmələri məni təəccübləndirməyəcək".

Türkiyə prezidenti, həmçinin bu gün Srebrenitsa soyqırımının iyirmi beşinci ildönümü münasibətilə bir video müraciətdə,   avropalı siyasətçilərin Srebrenitsa soyqırımının bütün acı və ağrılarına rəğmən, bu faciədən dərs almadıqlarını söyləyib.

Türkiyənin Ali Məhkəməsi iyunun 9-da bu ölkənin nazirlər kabinetinin 1938-ci ildə Ayasofyanın muzey olmasına dair qərarını ləğv edərək, onu məscidə dəyişib. Bu qərar daxil və xaricdə bir çox tənqidlərə səbəb olub.

Teqlər