Türkiyədə pandemiya qurbanlarının sayı 5,3 min nəfəri ötüb
https://azeri.sahartv.ir/news/türkiyə-i364459-türkiyədə_pandemiya_qurbanlarının_sayı_5_3_min_nəfəri_ötüb
Türkiyədə son gündə koronavirusdan 21 nəfər ölüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 11, 2020 16:24 Asia/Baku
  • Türkiyədə pandemiya qurbanlarının sayı 5,3 min nəfəri ötüb

Türkiyədə son gündə koronavirusdan 21 nəfər ölüb.

SəhərAzəri Report-a istinadla xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir qeyd edib ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 5 344 nəfərə çatıb.

Son sutkada qonşu ölkədə COVID-19-a 1 016 yoluxma qeydə alınıb. Hazırda Türkiyədə koronavirusa yoluxma hallarının sayı 211 981-dir.

Bu gün 1 344 pasiyent sağalaraq evə buraxılıb. Bununla da Türkiyədə koronavirusdan sağalan pasiyentlərin sayı 193 217 nəfərə çatıb.