İyul 13, 2020 18:16 Asia/Baku
  • Ankara Aralıq dənizində qazıntı əməliyyatına başlayacaq

Türkiyə Xarici İşlər Nazirliyi bildirib ki, bu ölkə terzliklə Aralıq dənizinin şərqində neft və qaz resurslarını kəşf etmək üzrə qazıntı əməliyyatına başlayacaq.

SəhərAzəri xəbər verir ki, Nazirlik bu açıqlamada Türkiyənin həmin addımı Liviya ilə razılaşmaya əsasən atacağını və bu proqramda digər ölkələrlə həmkarlığa hazır olduğunu bildirib.

Son illər Aralıq dənizinin şərqində neft və qaz mənbələrinin kəşfiyyatı məsələsi Türkiyə üçün böyük əhəmiyyətə malik olub. Belə ki, onun atdığı addımlar Avropa Birliyi ilə kəskin ixtilaflrın formalaşmasına səbəb olubdur.

Bu ixtilafların əsas kökü, belə bir məsələdədir ki, Türkiyə Kiprin hakimiyyətini rəsmən tanımır və buna görə, bu bölgələrdə neft və qaz kəşfiyyatı əməliyyatlarını aparmaqda özünə haqq verir.

Teqlər