Ərdoğandan şok: Çevrilişə cəhdin ən böyük dəstəkçisi Cümhuriyyət Xalq Partiyasıdır
15 İyul qiyamının ən böyük dəstəkçisi Cümhuriyyət Xalq Partiyasıdır.
SəhərAzəri Axar.az-a istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Kriter” jurnalına müsahibəsində deyib.
“1960-cı ildən bəri CHP-nin çevrilişə dəstək verən siyasət apardığını görürük. 27 May, 28 Fevral və 15 İyul çevrilişlərinə ən böyük dəstək verən qüvvə CHP-dir. Normal şəraitdə bu qədər inandırıcı cümlələr işlədən birinin (Kamal Kılıçdaroğlu) sözünü tutması və tankların üzərinə çıxması gözlənilirdi. Ancaq CHP sədri bunun əvəzinə qiyamçılarla razılaşıb tankların arasından qaçmağı seçdi. Bakırköy bələdiyyə sədrinin evinə sığındı və millətin mübarizəsini qəhvə içərək televizordan izlədi”, - Ərdoğan bildirib.
Türkiyə lideri qeyd edib ki, hadisədən 4 il ötməsinə baxmayaraq, ortada qaranlıq qalan məsələlər var:
“CHP sədri artıq 15 İyul gecəsi ilə bağlı şübhə buludlarını dağıtmalıdır. O, gecə kimlərlə danışdığını, kimlərlə razılaşdığını açıqlamalıdır”.