Türkiyədə koronavirusla bağlı son durum
İyul 17, 2020 22:17 Asia/Baku
Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca, koronavirus ilə əlaqədar mövcud məlumatları açıqladı.
SəhərAzəri xəbər verir, Türkiyədə son 24 saatda 926 adamın Kovid-19 diaqnozu qoyuldu, 18 adam ölüb, cəmi 217 min 799 yoluxma halı, 5 min 458 adamın ölümü qeydə alınınb.
Son 24 saatda Kovid-19 müalicəsini başa vuran daha 1014 nəfər sağlamlığa qovuşub, bununla da xəstəlikdən qurtaran insanların sayı 199 min 834 nəfər olmuşdur.
"Davam edən müalicələr səbəbiylə reanimasiya və intubasiya edilmiş xəstələrin sayında artım var" - deyə Səhiyyə naziri Fəxrəddin Qoca əlavə edib.
O həmçinin deyib: “Son 35 gündə ən az ölüm hadisəsi iyunun 13-də 14 ölüm halının qeydə alınması ilə reallaşmışdır.”