Türkiyədə koronavirus xəstələrinin sayı 222,4 mini keçdi
https://azeri.sahartv.ir/news/türkiyə-i364997-türkiyədə_koronavirus_xəstələrinin_sayı_222_4_mini_keçdi
Bu gün Türkiyədə koronavirusa daha 902 nəfər yoluxub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 22, 2020 17:42 Asia/Baku
  • Türkiyədə koronavirus xəstələrinin sayı 222,4 mini keçdi

Bu gün Türkiyədə koronavirusa daha 902 nəfər yoluxub.

SəhərAzəri Report-a istinadla xəbər verir, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, bununla da ölkədə koronavirus xəstələrinin ümumi sayı 222 402 nəfərə çatıb.

Bu gün qonşu ölkədə daha 19 nəfər koronavirusdan ölüb. Bununla da pandemiya qurbanlarının ümumi sayı 5 545 nəfərə yüksəlib.

Eyni zamanda daha 1 203 pasiyent sağalıb. Beləliklə Türkiyədə koronavirusdan sağalanların ümumi sayı 205 214 nəfərə çatıb.

Image Caption