İyul 25, 2020 16:29 Asia/Baku
  • Tramp Aya Sofyanın statusunun dəyişdirilməsinə münasibət bildirib

ABŞ prezidenti Aya Sofyanın istifadəsinin dəyişdirilməsini Türkiyə tərəfindən dini azlıqların azadlıqlarının pozulması olduğunu iddia edib.

SəhərAzəri xəbər verir, ABŞ prezidenti Donald Tramp bu ölkənin Pravoslav Yepiskopu ilə görüşdükdən sonra, Aya Sofyanın muzeydən məscidə çevrilməsindən narahatlıq ifadə edib və Türkiyə rəsmilərini dini azlıqların azadlıqlarını pozmaqda ittiham edib.

Həmçinin, ABŞ prezidentinin müavini Mayk Pens də bu yaxınlarda Amerikanın Yunanıstanın Pravoslav kilsəsinin kənarında möhkəm dayanacağını bəyan edib.

Bu yaxınlarda Türkiyənin Ali İnzibati Məhkəməsi bu ölkənin Nazirlər Kabinetinin 1934- cü ildə Aya Sofyanın muzeyə çevrilməsi ilə bağlı verdiyi qərarı ləğv edərək, onu məscidə dəyişib. Bu qərar daxili və xarici tənqidlərlə üzləşib.

Teqlər