İyul 26, 2020 18:16 Asia/Baku
  • BMT Türkiyəni Liviyaya minlərlə İŞİD və Əl-Qaidə üzvünü göndərməkdə ittiham etdi

BMT Təhlükəsizlik Şurası Türkiyənin Liviyaya minlərlə İŞİD və Əl-Qaidə yaraqlısını göndərdiyini açıqlayıb.

SəhərAzəri "Sədi əl-Bələd" saytına istinadən xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının Liviya işləri üzrə komitəsi məlumat yayıbş. Məlumatda bildirilir ki Liviya hökumət qüvvələri ilə birlikdə xəlifə Haftarın komandanlığı altında qondarma "Liviya Milli Ordusu"-na qarşı mübarizə aparmaq üçün, təxminən 7000-15.000 muzdlu və terrorçu Türkiyə vasitəsiylə Suriyadan Liviyaya keçiblər.
Məlumatda deyilir ki, İŞİD Liviyada bir neçə yüz döyüşçü ilə öyünür və Təhlükəsizlik Şurasının üzvü Liviyada İŞİD terrorçularının sayını 4000-ə çatdırıb.
Məlumata görə, bu suriyalı ünsürlərin Suriyanın sanksiya siyahısında olan müxalifət və terrorçu qrupların üzvü olub-olmadığı məlum deyil.
Təhlükəsizlik Şurasının Liviya işləri üzrə komitəsi vurğulayıb, Suriya müxalifəti ilə əlaqəli olan hökumət, Türkiyənin Liviyaya qoşun göndərməsinə kömək edib.

Teqlər