İyul 29, 2020 09:08 Asia/Baku
  • Türkiyədə onlarla hərbçi Gülən qrupu ilə əməkdaşlıq ittihamı ilə həbs edilib

Türkiyə prokurorluğu Gülən qrupu ilə əlaqədə günahlandırılan bu ölkənin silahlı qüvvələrinin 68 üzvünə həbs qərarı verib.

SəhərAzəri xəbər verir, Türkiyə prokurorluğunun verdiyi qərara əsasən, bu ölkənin təhlükəsizlik qüvvələri yeddi vilayətdə eyni zamnda keçirdikləri əməliyyatda 41 hərbçini həbs ediblər. Gülən qrupu ilə əməkdaşlıq işi ilə əlaqədar digər şübhəlilərin həbsi 11 vilayətdə davam edir.

Gülən qrupu üzvləri ilə əlaqə saxlamaq üçün Bylock adlı kompüter proqramı və ümumi telefondan istifadə etmək və silahlı qüvvələr arasında Fetöçuları yenidən təşkilatlandırmaq cəhdi saxlanılan şəxslərin işində qeyd olunan ittihamlardır.

Türkiyədə 2016-ci il 15 iyul tarixli hökumət əleyhinə uğursuz çevrilişdən bəri bu ölkənin təhlükəsizlik qüvvələri indiyə kimi on minlərlə vətəndaşı və hərbçini, çevrilişin lideri hesab edilən Gülənlə əlaqədə günahlandıraraq, həbs ediblər.

Fətullah Gülən Türkiyə hökuməti tərəfindən ABŞ-ın dəstəyilə uğursuz çevrilişin əsas müttəhimi sayılır, lakin Gülən bu ittihamları rədd edir.

Teqlər