Türkiyədə COVID-19-a yoluxanların ümumi sayı 234,9 minə çatır
https://azeri.sahartv.ir/news/türkiyə-i365530-türkiyədə_covid_19_a_yoluxanların_ümumi_sayı_234_9_minə_çatır
Türkiyədə son sutkada koronavirusa daha 1 083 yoluxub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 04, 2020 17:00 Asia/Baku
  • Türkiyədə COVID-19-a yoluxanların ümumi sayı 234,9 minə çatır

Türkiyədə son sutkada koronavirusa daha 1 083 yoluxub.

SəhərAzəri yerli mediaya istinadla xəbər verir, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir qeyd edib ki, bununla COVID-19-a yoluxanların ümumi sayı 234 934 nəfərə çatıb.

Son sutka ərzində ölkədə koronavirusdan 18 nəfər ölüb. Beləliklə, Türkiyədə pandemiya qurbanlarının ümumi sayı 5 765 nəfərə yüksəlib. Eyni zamanda ötən gün ərzində 994 pasiyent sağalıb. Hazırda koronavirusdan sağalanların ümumi sayı 218 491 nəfərə çatıb.