Avq 06, 2020 16:27 Asia/Baku
  • Türkiyə Livana yardım göndərib

Türkiyə Livanın paytaxtı Beyrutda baş vermiş güclü partlayışla bağlı fəlakət bölgəsinə yardım göndərib.

SəhərAzəri Publik-ə istinadla xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy məlumat verib. H.Aksoy bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın tapşırığı əsasında Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) və Qızıl Ay Cəmiyyətinin heyətləri fəlakət bölgəsinə yardıma gedib. Türkiyə xilasedici dəstələr, təcili tibbi yardım briqadası, səhra xəstəxanası, tibbi ləvazimat və s. ilə humanitar dəstək verəcək.

Qeyd edək ki, Beyrutdakı məlum partlayışda yaralananlardan altı nəfərin Türkiyə vətəndaşı olması müəyyən edilib.

Teqlər