Avq 11, 2020 08:23 Asia/Baku
  • Yunanıstan Türkiyənin kəşfiyyat gəmisinin Şərqi Aralıq dənizinə göndərilməsinə münasibət bildirib

Yunanıstanın Xarici İşlər Nazirliyi Türkiyəyə məxsus kəşfiyyat gəmisinin Aralıq dənizinin şərqinə göndərilməsinə münasibət bildirib və bu ölkəni bütün fəaliyyətlərini dayandırmağa çağırıb.

SəhərAzəri xəbər verir, Röyters-in məlumatına görə, Yunanıstanın Xarici İşlər Nazirliyi bir bəyanat yayaraq, Türkiyənin Şərqi Aralıq dənizindəki fəaliyyətlərini qeyri-qanuni adlandırıb və bu bölgədəki bütün fəaliyyətlərin dayandırılmasını tələb edib. 

Yunanıstanın Xarici İşlər Nazirliyi belə fəaliyyətlərin təxribatçı olduğunu və bölgədəki sülh və təhlükəsizliyi təhdid etdiyini vurğulayıb.

Türkiyənin Hərbi Dəniz Qüvvələri növbəti iki həftə ərzində mübahisəli Şərqi Aralıq dənizində seysmologiya sahəsində araşdırmaların aparılacağından xəbər verib.

Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan avqustun 7-də Yunanıstanın Aralıq dənizində qazma əməliyyatları ilə bağlı Türkiyə qarşısındakı öhdəliklərinə sadiq qalmadığını iddia edib.

"Türkiyə Aralıq dənizindəki qazma əməliyyatlarını yenidən başlayıb və Liviya ilə əldə etdiyi razılaşmalara davam etdirəcək", - deyə Ərdoğan əlavə edib. 

Türkiyə ilə Yunanıstan arasında Aralıq dənizinin qaz yataqları ilə bağlı ciddi mübahisələr mövcududur və Avropa Birliyinə üzv ölkə kimi, Kiprin Aralıq dənizinin şərqində təbii qaz axtarışları və hasilatı Türkiyənin kəskin etirazına səbəb olub.

Aralıq dənizində neft və qaz kəşfiyyatı məsələsi son illərdə Türkiyə üçün böyük əhəmiyyət kəsb edib, beləki onun bu hərəkətləri Avropa Birliyinin ciddi etirazları ilə üzləşib.

Türkiyə Kiprin suverenliyini rəsmən tanımır və bu bölgədə neft və qaz kəşfiyyatı əməliyyatlarını özünün hüququ hesab edir.

 

Teqlər