Avq 13, 2020 10:47 Asia/Baku
  • Ərəb Liqası Türkiyənin İraqdakı hərbi əməliyyatlarını qınayıb

Ərəb Liqasının baş katibi Türkiyənin İraqa hərbi hücumlarını və bu ölkənin suverenliyini pozmasını qınayıb.

SəhərAzəri "Əl-Youm Əl-Sabe" qəzetinin yazdığına əsasən, xəbər verir ki, Ərəb Liqasının baş katibi Əhməd Əbu Qeyt Türkiyənin İraqla sərhəddə yerləşən Sidəkan bölgəsinə iki zabit, iki əsgər və bir neçə iraqlı mülkinin ölümü ilə nəticələnən hava hücumunu qınayıb.

Ərəb Birliyinin baş katibi İraq hökumətinin Türkiyənin hərbi hücumlarına qarşı qərarlarının dəstəklənməsi vacibliyini vurğulayıb.

Türkiyənin Müdafiə Nazirliyi dünən bu ölkə qırıcılarının İraqın şimalındakı Zap bölgəsində Türkiyə Kürdüstan Fəhlə Partiyası PKK-nın mövqelərini müəyyən etdikdən sonra iki nəfərin ölümü ilə nəticələnən endirdiyi hava zərbələrindən xəbər verib.

Bağdad dəfələrlə Türkiyə qoşunlarının İraqın şimalına girməsini bu ölkənin suverenliyinin pozulması kimi dəyərləndirib və onu qınayıb.

Son illərdə Türkiyə dəfələrlə PKK ünsürlərini zərərsizləşdirmək bəhanəsilə İraq torpağına hücum edib.

Türkiyənin bu hərəkəti İraq hökuməti və dünya ölkələrinin kəskin etirazı ilə nəticələnib.

Teqlər