Avq 14, 2020 08:20 Asia/Baku
  • Fələstin xalqına xəyanət edənlər mütləq məğlub olacaqlar

Türkiyə hökuməti bildirib ki, Fələstin xalqına xəyanət edənlər mütləq məğlub olacaqlar.

SəhərAzəri xəbər verir, Türkiyə hökumətinin sözçüsü, əmirliklərin Qüdsü işğal etmiş rejimlə sazişini pisləyib. Bildirib ki, tarix mütləq Fələstin xalqına xəyanət edənlərin məğlubiyyətini qeydə alacaqdır.

Türkiyə prezident sarayının mətbuat katibi İbrahim Kalın bir tvitter mesajında əmirliklərin işğalçı sionist rejimlə ikitərəfli münasibətləri adiləşdirmək üzrə sazişini pisləyib.

O, bu mesajda yazıb ki, tarix mütləq Fələstin xalqına xəyanət edənlərin məğlubiyyətini qeydə alacaqdır.

Amerika prezidenti Donald Trampın əmirliklərlə sionist rejim arasındakı münasibətləri adiləşdirmək prosesini asanlaşdırmaq üzrə ardıcıl səylərinin ardınca dünən iki tərəf diplomatik münasibətlərin tam şəkildə adiləşdirilməsi barədə razılığa gələrək, saziş imzaladı.

Fələstin müqavimət qrupları əmirliklərlə sionist rejim arasında diplomatik münasibətlərin tam şəkildə adiləşdirilməsinə dair yekun sazişin elan olunmasından sonra Əbu-Dəbinin alçaqcasına hərəkətinə sərt və kəskin reaksiyalar verdilər.

Teqlər