Avq 14, 2020 22:01 Asia/Baku
  • ABŞ konqresi Pompeoya Türkiyəni boykot etmək üçün təzyiq göstərir

ABŞ Konqresinin dörd üzvü, o cümlədən iki senator və Nümayəndələr Palatasının iki üzvü, Mayk Pompeoya, Türkiyənin Xarici İşlər Nazirinə, Aralıq dənizinin şərqindəki qazma və enerji mənbələri kəşfi layihələrini ləğv etmək üçün təzyiq göstərməyə çağırıblar. 

SəhərAzəri Associated Press-ə istinadla xəbər verir, ABŞ Nümayəndələr Palatasının iki üzvü Ted Deutsch və Gus Bilirakis avqustun 13-də Mayk Pompeoya ünvanladıqları məktubda yazıblar: Türkiyə, silahlı qüvvələrinin müşayiəti ilə "Oruc Rais" kəşfiyyat gəmisini Yunanıstan və Kipr də özlərinə ayid bildiyi ərazilərə göndərməklə, ABŞ-ın strateji maraqlarına təhdid yaradan bir qarşıdurmanın artması riski gücləndirmiş olub. Sizdən Rəcəb Tayyib Ərdoğan hökumətinə aydınlıq gətirməyinizi xahiş edirik çunku bu prosesin davam etməsi regional əməkdaşlıq və ABŞ-Türkiyə münasibətləri üçün getdikcə daha çox çətinliklər yaradacaqdır. 
Həmin məktubda vurğulanıb ki: “Xahiş edirik ki, Türkiyəyə açıq şəkildə məlumat verəsiniz ki Bölgədəki təxribatlarına son qoymalı, “Oruc Rais” gəmisini və onu müşayiət edən hərbi qüvvələri geri çağırmalıdır. Bizim seçki dairəmiz və Konqresdəki bir çox həmkarımız Birləşmiş Ştatların, müttəfiqlərinin və tərəfdaşlarının mənafelərinin qorunması səylərinə kömək etməyə hazırdır.”
Digər tərəfdən ABŞ senatorları Robert Menendez və Chris Van Hollen də, ayrı bir məktubda bir addım irəli gedib, ABŞ-ı Türkiyə iqtisadiyyatının əsas sektorlarına qarşı hərtərəfli sanksiyalarla əlaqədar Avropa Birliyi ilə əməkdaşlığın zəruriliyini vurğulayıblar. 
Bu senatorlar müəyyən etdilər ki, Həmin sanksiyalar, Türkiyənin Aralıq dənizinin şərqindəki qanunsuz hərəkətlərini davam etdirməsi və Beynəlxalq Ədalət Məhkəməsinin nəzarəti ilə bu məsələlərin həllindən imtina etməsi təqdirində, tətbiq edilməlidir.

Teqlər