Ərdoğan: Aralıq dənizində geoloji araşdırmalar davam edəcək
Ərdoğan: Aralıq dənizində geoloji araşdırmalar davam edəcək
Türkiyə prezidenti bu ölkənin Aralıq dənizinin şərqindəki geoloji kəşfiyyat-qazma işlərinin davam etdirilməsini vurğulayıb.
Səhər Azəri bildirir ki, Rəcəb Tayyıb Ərdoğan Türkiyənin təhdid və sanksiyalara təslim olmayacağını və Aralıq dənizinin şərqindəki kəşfiyyat-qazma işini davam etdirəcəyini deyib..
Türkiyə və Yunanıstan neft və qaz kəşfiyyatlarına görə, xüsusi önəm kəsb edən Şərqi Aralıq dənizindəki məntəqələrin mülkiyyətinə dair ixtilafa malikdirlər.
Hal-hazırda Türkiyənin «Oruc Reis» adlı kəşfiyyat gəmisi Ankaranın öz mülkiyyəti hesab etdiyi bu məntəqələrdə kəşfiyyat-qazma fəaliyyətləri göstərməkdədir. Afina isə bu məntəqənin Yunanıstana aid olduğunu iddia edir.
Türkiyə Kiprin hakimiyyətini tanımır və yalnız onun türksakinli hissəsini qəbul edir. Bu üzdən, həmin bölgələrdə neft və qaz kəşfiyyat əməliyyatlarına başlamaqda özünü haqlı hesab edir.
Aralıq dənizində yerləşən Kipr adası 1974-cü ildə Yunanıstanla Türkiyə arasındakı ixtilafın ardınca və iki ölkə arasındakı toqquşmalardan sonra türksakinli şimal və yunansakinli cənub hissələrinə bölündü.